Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən VOİCEPRESS-ə bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Ə.Zamanovun məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun fevralın 16-na təyin edilmiş iclasında baxılacaq.
VOİCEPRESS.AZ