1. Qadınları ən çox xoşbəxt edən şey alış-verişdir.
2. Qadının nə qədər işi pis olsa, bir o qədər yaxşı görünməlidir.
3. Sizin mənim haqqımda nə düşündüyünüz məni narahat etmir. Çünki mən sizin haqqınızda heç düşünmürəm.
4. Uzun pencəkləri sevmirəm. Çünki hər hansı bir kişi ilə danışarkən onun mənə olan münasibətini görə bilmirəm.
5. Hər bir qadın bu həyatda 2 şeyi bilməlidir: o daha çox nəyi və kimi istəyir.
6. Qəpik üçün pulqabısı olan kişilərə qəti ərə getməyin.
7. Hər bir kişinin həyatında yalnız bir qadın olur. Qalanları onun kölgəsidir.
8. Əgər siz heç vaxt sizdə olmayan şeyi əldə etmək istəyirsinizsə, o zaman gərək heç vaxt etmədiyinizi edəsiniz.
9. Çirkin qadın yoxdur. Tənbəl qadın var.
10. Qadın ailə qurduğu günə qədər gələcəyi haqda hər an düşünür. Kişi isə ailə qurduğu günə qədər gələcəyi haqda heç düşünmür.
11. Gözəlliyinin qayğısına qalarkən öncə ruhunun və ürəyinin qayğısına qal. Əgər ürəyin təmiz və gözəl olmazsa, xarici gözəlliyin heç olmaz.
12. Kosmetikadan istifadə etməyən qadın özündən çox razıdır.
13. Xətrinə dəydiyin zaman susmağı bacarırsa, hər ürəyi ağrıdığı zaman müharibə etmirsə, deməli, o əsl qadındır.
14. Heç kim 40 yaşdan sonra cavan ola bilməz. Ancaq biz istəsək, hər yaşda cazibədar və qüsursuz ola bilərik.
15. Hər şey bizim əlimizdə olduğu üçün onları qəti buraxmaq olmaz.
16. Qocalıq bizi məhəbbətdən qorumur, lakin məhəbbət bizi qocalıqdan qoruyur.
17. Mənim geyimim bəzən ətrafımdakılarda gülüş doğururdu. Ancaq mənim uğurumun sirri də elə bunda idi. Mən hər kəs kimi görünmürdüm.
18. Əsl xoşbəxtlik baha deyil. Əgər sən xoşbəxtliyin üçün çox ödəmisənsə, deməli, bu xoşbəxtlik sünidir.
19. Əgər sən dünyaya qanadsız gəlmisənsə, onların çıxmağına və böyüməyinə mane olma.
20. Əllər hər qadının vizit kartıdır. Boyun şəxsiyyət vəsiqəsidir. Sinə xarici şəxsiyyət vəsiqəsidir.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ