Keçmiş bank rəhbəri: “Ermənistan hakimiyyətinin əsas məqsədi istənilən yolla rəhbərlikdə qalmaqdır”

30 Yanvar, 15:42

“Ermənistanın hakimiyyəti ildən-ilə dövlət aparatına daha çox vəsait xərcləyir”.



VOİCEPRESS
report-a istinadən xəbər verir ki, bunu iqtisadçı, Mərkəzi Bankın (MB) keçmiş sədri Baqrat Asatryan jurnalistlərlə görüşdə deyib.

MB-nin keçmiş rəhbərinin sözlərinə görə, son 8 il ərzində Ermənistanda dövlət aparatının xərcləri 260% artdığı halda, təhsil xərclərində cəmi 30% artım müşahidə olunub. O, kiçik Ermənistanda hazırda mövcud olan 18 nazirlikdən yalnız 8-9-nun saxlanılmasının mümkünlüyü fikrini irəli sürüb.
“Təəssüf ki, Ermənistan hakimiyyətinin əsas məqsədinin istənilən yolla yenə də rəhbərlikdə qalmaq olduğunu etiraf etmək məcburiyyətindəyəm. Hətta ölkə xaricindəki maliyyə baxımdan uğurlu soydaşlarımız belə kapitalları ilə risk etmək istəmirlər. Çünki onlar burada siyasətdə və məhkəmələrdə qərarların necə qəbul edildiyini görürlər” – B.Asatryan bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here