Hollivud ulduzunun Ərdoğan sevgisi

30 Yanvar, 09:39

Son zamanlar tez-tez Türkiyəyə səfər edən, İslamı qəbul etməsi haqqında iddialar yayılan məşhur Hollivud ulduzu Lindsi Lohan bir müddət öncə bütün foto və videolarını sildiyi “İnstagram” hesabını bərpa edib. VOİCEPRESS-in məlumatına görə, 30 yaşlı ulduz hesabındakı hər şeyi sildikdən sonra məlumat hissəsində ancaq “Alaikum salam” yazmaqla kifayətlənmişdi.

Uzun müddət fasilədən sonra o, Türkiyəyə səfəri və prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən foto yerləşdirib.

Fotoları “Hörmətli prezident və birinci xanımın məni evlərinə dəvət etməsi röya kimi kimi idi. Suriyalı qaçqınlara yardım üçün göstərdikləri cəhdləri həqiqətən ilhamvericidir. Sülh indi başlayır” şərhi ilə paylaşıb.

Lohan fotolarda ABŞ-ın yeni prezidenti Donald Trampı da qeyd edərək “Sülh üçün xahiş edirəm…Alaikum Salam” yazıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here