Hitlerin kitabı Almaniyada bestseller oldu

4 Yanvar, 08:13

Adolf Hitlerin “Mayn Kampf” (“Mənim mübarizəm”) kitabının Münhen Müasir Tarix İnstitutu tərəfindən tənqidi şərhlərlə dərc olunmuş yeni nəşri 2016-cı ildə Almaniyada satış hitinə çevrilib.

VOİCEPRESS “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti məlumat yayıb.

İnstitutun direktoru Andreas Virşinqin sözlərinə görə, satış gözlənilən göstəricini 20 dəfə üstələyib və yeni nəşr müəlliflərinin nəzərdə tutduğu 4 min əvəzinə 85 min kitab satılıb.

O, həmçinin qeyd edib ki, yanvarın sonunda altıncı tirajın buraxılması və kitabın başqa dillərə tərcümə olunması planlaşdırılır.

Qeyd edək ki, sözügedən kitab dünyanın bir çox ölkəsində qadağan olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here