Hindistanın Cammu və Kəşmir əyalətində qar uçqunu nəticəsində 19 nəfər ölüb.
VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, ölənlərdən 15-i əsgər və sərhəd xəttinin nəzarətçiləridir.
Digər 4 nəfər isə qarın dağın ətəyindəki evlərini basması nəticəsində ölüb. Onlardan ikisi uşaqdır.
Ərazidə bir neçə kənd işıqsız və istiliksiz qalıb. Qar uçqunu nəticəsində ölənlərin sayının artacağı istisna olunmur.
VOİCEPRESS.AZ