Heydər Əliyev Sarayında “jAzzeri Bands” konsert proqramı keçiriləcək

0
314638

Fevralın 16-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.


VOİCEPRESS
bildirir ki, “jAzzeri Bands” caz musiqisi axşamında əməkdar incəsənət xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, respublikanın xalq artisti Ənvər Sadıqov, əməkdar artistlər Akif Süleymanbəyli, Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), Rast və Qaya qrupları iştirak edəcəklər.

Caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletləri 20-50 manat arasında satışa çıxarılıb. Biletləri İticket.az dan onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiz.

Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here