“Hər ailə 100 toyuq saxlasın, onda kasıb qalmayacaq” -Prezidentdən maraqlı təklif

28 Yanvar, 15:53

Özbəkistan prezidenti Şövkat Mirziyaev regionlara səfəri zamanı camaata varlanmağın yolunu göstərib.

VOİCEPRESS xəbər verir ki, Özbəkistan mediasının yazdığına görə, bu, prezidentin yanvarın 19-20-i Qaraqalpaq muxtar respublikasına səfəri zamanı baş verib.

Prezident səfər zamanı kiçik biznesin inkişafından, bu yolla işsizliyə son qoyulması və aztəminatlı ailələrin sayının azalmasından danışıb, bu məqsədə çatmaq üçün bir sıra məsləhətlər verib.

Şövkat Mirziyaev deyib ki, bizim üçün başlıca məsələ odur ki, xalqı sahibkarların özləri dolandırsın.

Amma prezident qeyd edib ki, xüsusi nəzarət orqanları sahibkarların işinə əngəl olmamalıdır və o, yerli hakimiyyətə bununla bağlı xüsusi göstəriş verib.
Mənbənin yazdığına görə, Mirziyaev səfər zamanı sahibkarların qarşısına “xalqı yedizdirmək” öhdəliyi qoyub, amma qeyd edib ki, xalq da əlini qoynuna qoyub oturmamalıdır.

Özbəkistan prezidenti hesab edir ki, hər bir ailənin öz biznesi olmalıdır.

“Elə etməliyik ki, hər bir ailənin özünün kiçik biznesi olsun. Bu bəsdir, onlar bizdən məmnun qalacaqlar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here