Həmsədr: “Dekabrın sonunda baş vermiş toqquşma Qarabağ danışıqlarının…”

31 Yanvar, 13:35

“Dekabrın sonunda baş vermiş toqquşma və faciəvi insan itkiləri bir daha Qarabağ danışıqlarının vacibliyini göstərir”.



VOİCEPRESS xəbər verir ki, bunu “news.am” saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

“Biz tərəfləri atəşkəs rejiminə riayət etməyə, habelə Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırırıq”, – deyə o vurğulayıb.

R. Hoqland qeyd edib ki, münaqişənin nizamlanması istiqamətində aparılan işin davam etdirilməsi regiona davamlı sülh gətirə bilər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here