1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu.
O gecə, yanvarın 19-dan 20-nə keçən gecə saat 24 – 01 radələrində igid, mərd, vətənsevər oğlanlarımızın Vətən eşqi ilə alışıb yanan sinələri tankların, avtomatların soyuq lülələrinə dirəndi. O gecə – yurdumuzun yenilməz başına özü boyda qara yaylıq bağlayan gecə idi. Anaları, ataları, qardaşları, bacıları ağladan gecəydi o gecə!
O gecə bütün Azərbaycan xalqı minillik qəhrəmanlıq, yenilməzlik tarixini təkrar edirdi. Qanlı tarix təkrar olunurdu. Xalq qurban verə-verə oyanırdı, ayağa qalxırdı.
VOİCEPRESS həmin qanlı gecədən fotoları təqdim edir:
Aysel İsgəndərova
VOİCEPRESS.AZ