VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, istinqaq yekununda hazırlanan iddianamədə Demirtaşa 142, Yüksekdağa 83 il həbs cəzası tələb olunub. İddianamə təsdiq edilərək Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İddianamədə “Selahattin Demirtaşın PKK/KCK terror qruplaşmasının rəhbəri olduğu, qrupun siyası sahədə cavabdeh kimi fəaliyyət göstərdiyi və müxtəlif tarixlərdə qrupun Demokratik Toplum Konqresinə (DTK) qatıldığı və burada rəhbər sifətiylə hərəkət edərək etiraz nümayişlərində iştirak etdiyi ” bildirilib.
Kobani hadisələri
İddianamədə Demirtaşın müxtəlif tarixlərdə etdiyi bir çox çıxışalrında terrorun və şiddətin qanuni olduğunu göstərən ifadələrlə terror qruplaşmasını təbliğ etdiyi qeyd edilib.
İddianaməyə görə 6-8 oktybr hadisələri kimi bilinən Kobani hadisələrinin meydana gəlməsində HDP-dən gələn açıqlamaların təsiri olub.
Demirtaş haqqında “Terror qruplaşması rəhbəri”, “Terroru təbliğ etmək”, “Xalqı kin və düşmanlığa təhrik etmək”, “Cinayət işlətməyə təhrik” kimi cinayətlərdə təqsirləndirərək 43 ildən 142 ilə qədər həbs cəzası verilməsi tələb olunub.
Partiaynın digər lideri Figen Yüksekdağ haqqında hazırlanan iddianamədə “onun terroq qruplaşmasının DTK-dakı fəaliyyətləri və digər hərkətləri nəzərə alınaraq qruplaşmanın rəhbəri sifətində cəzalandırılması istənilib.
Yüksekdağın çıxışlarında terror qruplaşmasını təbliğ etdiyi bildirilən iddianamədə, “xalqı kin və düşmənçiliyə təhrik etmə”, “cinayət işlətməyə təhrik etmə” ittihamıyla 30 ildən 83 ilə qədər həbs kəsilməsi tələb edilib.
İddianamədə əlavə olaraq Yüksekdağın 6-8 oktyabr hadislərinin baş verdiyi tarixdə HDP-nin Mərkəz Yürütmə Komitəsinin (MYK) toplantısında olduğu və edilən açıqlamada imzasının olması küçə hadisələrinin baş verməsində günahkar olması qeyd edilib.
Diyarbakır, Şırnak, Hakkarı, Van və Bingöl şəhərləri Ali Məhkəmələrində aparılan istintaqa ifadə verməyə getmədikləri üçün ötən ilin noyabrında həbs olunan Demirtaş və Yüksekdağ sonradan məhkəməyə cıxarılaraq həbs olunublar.
Noyabr və dekabr aylarında Demirtaş və Yüksekdağ daxil olmaqla 12 HDP millət vəkili həbs edilərək cəza evinə göndərilib.
Şırnakdan seçilən HDP millət vəkili ilk dinləmələrdə təxliyə edilib.
VOİCEPRESS.AZ