Belarus Futbol Federasiyası Hakimlər komitəsinin keçmiş sədri Andrey Jukov 5 il müddətinə azadlıqdan məhrum olunub.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, Jukov rüşvət almaq və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. 2014-16-cı illərdə vəzifədə olan funksioner hər oyuna hakim təyinatı üçün 100-200 dollar rüşvət alıb. Andrey Jukov, həmçinin ömürlük futbol fəaliyyətindən uzaqlaşdırılıb.
VOİCEPRESS.AZ