2016-cı ildə Dövlət Gömrük Komitəsi (DGK) büdcəyə 2,26 milyard manat köçürüb.
Bu, 2015-ci ildə qeydə alınmış göstəricidən 42,1 faiz çoxdur.
VOİCEPRESS bu barədə DGK-nın saytına istinadən xəbər verir.
Ümumilikdə 2016-cı il üçün dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 1,81 milyard manat səviyyəsində planlaşdırılmışdı. 12 ay ərzində bu proqnoz 450 milyon manat artıqlaması ilə yerinə yetirilib.
2016-cı ildə gömrük rüsumlarından daxilolmalar 600,21 milyon manat, ƏDV-dən – 1,52 milyard manat, aksizlərdən – 92,89 milyon manat, yol vergisi xətti ilə daxilolamalar 83,24 milyon manat təşkil edib.
Dekabr ayında gömrük daxilolmaları 235,01 milyon manat təşkil edib. Ötən ay gömrük rüsumlarından daxilolmalar 53,56 milyon manat, ƏDV-dən – 148,42 milyon manat, aksizlərdən – 6,34 milyon manat, yol vergisi xətti ilə daxilolamalar 2,67 milyon manat təşkil edib.
VOİCEPRESS.AZ