Füzuli rayonunda yanğın hadisəsi baş verib.
VOİCEPRESS qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Araz – Dilağarda kəndində Rasim Rəsulova məxsus ikiotaqlı ev yanıb. Şahidlərin sözlərinə görə ev əşyaları ilə birgə tamamilə külə dönüb. Yanğın qısaqapanma nəticəsində baş verib.
Evin sahibi R. Rəsulov qafqazinfo-ya deyib ki, 1 ildən artıqdır onun evinə gələn elektrik xəttlərində ciddi nasazlıq vardı: “Bununla bağlı dəfələrlə Füzuli Rayon Elektrik Şəbəkəsinə yazılı və şifahi müraciətlər etmişəm. Sonuncu yazılı müraciətim 15 gün əvvəl olub. Dünən isə idarənin Qəhrəman adlı səlahiyyətli şəxsinin yanında olmuşam. Mən idarədən mütəxəsislərin gəlib elektrik naqillərinə nəzarət etmələrini, nasazlığı aradan qaldırmalarını xahiş etmişəm. Amma hər dəfə qulaqardına vurdular. Nəticədə də bütün ev-eşik yandı”.
R.Rəsulov Rayon Elektrik Şəbəkəsinin məsuliyyətsizliyi haqda məhkəməyə müraciət edəcəyini də bildirib.
VOİCEPRESS.AZ