Avtoqəzada yük maşını iki sərnişin avtobusu və bir neçə minik maşını ilə toqquşub
Fransanın paytaxtı Paris yaxınlığında baş vermiş zəncirvari yol qəzasında 60-dək insanın xəsarət aldığı bildirilir. VOİCEPRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avtoqəzada yük maşını iki sərnişin avtobusu və bir neçə minik maşını ilə toqquşub.
Yerli “BFMTV” telekanalının yaydığı xəbərə görə, yaralılardan dördünün vəziyyəti ağırdır. 55 nəfər isə yüngül travma ilə xəstəxanalara müraciət edib.
Qəza nəticəsində Parisə doğru aparan avtomagistralda ciddi tıxac yaranıb. Hadisə yerinə 100-dən çox polis və xilasetmə xismətinin nümayəndələri cəlb olunub.
Yol qəzasının səbəbi kimi yolların buz bağlaması əsas gətirilir.
VOİCEPRESS.AZ