Fransa hökuməti tapşırıq verib – Milyonlarla ördək və qaz öldürüləcək

0
313728

Fransa hökuməti ölkənin cənub-qərbində ördək və qazların kütləvi öldürülməsi ilə bağlı tapşırıq verib.

VOİCEPRESS “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi açıqlama verib. Buna səbəb isə quş qripi təhlükəsinin yayılmasının qarşısını almaqdır.

Nazirlik bəyan edib ki, dekabrın əvvəlindən bəri ölkənin təsərrüfat sahələrində 89 yüksək səviyyəli H5N8 quş qripi ocağı qeydə alınıb.

Reuters agentliyinin yazdığına görə, yanvarın 20-nə kimi regionda 1,3 milyon qaz, ümumilikdə isə 18 milyon quş öldürüləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here