FİFA-nın qərarına daha bir etiraz

14 Yanvar, 08:28

FİFA yanvarın 10-da 2026 dünya çempionatından etibarən mundial iştirakçılarının sayını 32-dən 48-ə yüksəltmək barədə qərar qəbul etdi.

Bu, futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, “Bayern Munich”in prezidenti Uli Höness də bu qərara müxalif olanların sırasındadır.

“Qərar reallığa uyğun gəlmir. 48 komandanın hamsı iddialı olmayacaq. Bundan başqa əsas məsələ futbolçunun sağlamlığı və bu formatda oynamaq imkanıdır” – Höness qeyd edib.

Yeni formata əsasən 48 komanda 16 qrupa bölünəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here