“FETÖ-nün Azərbaycanda beli qırıldı”

25 Yanvar, 16:00

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkəmizdə FETÖ-ya qarşı aparılan mübarizədən danışıb.

VOİCEPRESS qafqazinfo-ya istinadən xəbər verir ki, səfir Anadolu Agentliyinə müsahibəsində Azərbaycanın bu terror qruplaşmasına qarşı mübarizəsini belə dəyərləndirib:

“Azərbaycan FETÖ ilə mübarizəyə 15 iyuldan əvvəl başlamışdı. FETÖ həqiqətlərini Türkiyədə baş verən proseslərə paralel olaraq yaxından təqib edirdi. Lazımi tədbirləri 15 iyuldan əvvəl almışdı. FETÖ-nün məktəbləri bağlanmış, mətbuat orqanları ilə bağlı isə bəzi addımlar atılmışdı.

Azərbaycanda ağır zərbəyə məruz qalan FETÖ-nün belə qırıldı. Lakin unutmayaq ki, bu, uzun müddətli mübarizədir. Qardaşlarımız bunlarla daim qərarlı şəkildə mübarizə aparmaq məcburiyyətindədirlər. Bu təşkilat yayıldığı hər ölkədə təkrar canlanıb ortaya çıxmaq üçün fürsət axtaran şeytani təşkilatdır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here