Estetik cərrahiyyə əməliyyatı hansı hallarda icazəlidir?

16 Yanvar, 08:15

Qəza, yanıq, xəstəlik nəticəsində və ya anadan gəlmə qüsurların aradan qaldırılması, həmçinin ölçüsü anormal olan əzaların normal ölçüyə gətirilməsi üçün edilən əməliyyatlar şəriətə görə icazəlidir. Rəvayət edilir ki, Arfəcə ibn Əsad demişdir: “Cahiliyye dövründə baş verən Kuləb döyüşündə burnumdan yaralanmışdım və burnum kəsilmişdi. Sonra gümüşdən bir burun düzəltdirmişdim, lakin ondan pis qoxu gəlirdi. Bundan sonra Allah Elçisi (salləllahu aleyhi və səlləm) mənə qızıldan bir burun düzəltdirməyimi əmr etdi”.
(ət-Tirmizi, 1770).
VOİCEPRESS zikr.az-a istinadən bildirir ki, normal olan əzaların daha da gözəl görünməsi üçün əməliyyat etdirmək isə haramdır, çünki bu Allahın yaratdıqlarını dəyişməkdir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin”. (əl-Buxari)
Abdullah ibn Məsud rəvayət edir ki, gözəl görsənmək üçün Allahın yaratdıqlarına dəyişiklik edərək döymə döyənə və döydürənə, qaş aldıranlara Peyğəmbər lənət etmişdir”. (ət-Tirmizi, 3010).

Uca Allah buyurur: “(Şeytan dedi:) Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır” (ən-Nisa, 119).

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here