Ermənistanda həyəcan: Azərbaycana uduzuruq

24 Yanvar, 14:59

Apreldə keçiriləcək parlament seçkiləri qabağı siyasi mübarizəyə başı qarışmış Ermənistan bu günlərdə qərbdən aldığı xəbərlə şoka düşüb.

VOİCEPRESS-in məlumatına görə, xəbər hətta Ermənistanın rəsmi xronikasının dərc edildiyi “panarmenian.net” saytında da yer alıb. Sayt Dünya İqtisadi Forumunun yeni “Hərtərəfli artım və inkişaf -2017” məruzəsinə istinad edərək inkişaf etməkdə olan ölkələr arasında Ermənistanın çox aşağı yer tutduğunu və Azərbaycanla müqayisədə çox geri qaldığını vurğulayıb.

Ermənistan siyahıda 50-ci yeri tutduğu halda, Azərbaycan 2-ci yerdə qərarlaşıb. Hərtərəfli inkişaf səviyyəsinə görə Azərbaycan Avropa Birliyinin üzvləri Litva və Macarıstan arasında qərarlaşıb. Ermənistan adambaşına düşən ümumi daxili məhsul (ÜDM) göstəricisinə görə də Azərbaycandan xeyli geridə qalır və 40-cı yerlə qərarlaşıb. Azərbaycan isə 24-cü yerdə gəlir.

Ermənistanın hərtərəfli inkişaf göstəricisinə görə bu qədər geridə qalmasının əsas səbəbi Azərbaycan ərazilərinin 20 faizinin işğalı ilə bağlıdır. Ermənistan SSRİ-nin dağılmağa doğru getdiyi 1989-1991-ci illərin qarışıqlığından istifadə edərək işğal etdiyi bu torpaqları əlində saxlamağa məcburdur. Həmin illərdə Ermənistan üçün 80 minlik qeyri-rəsmi ordunu Moskva qurmuşdu, indi isə ucuz, demək olar ki, pulsuz Rusiya silahına baxmayaraq Ermənistan ordunun qalan xərclərini özü çəkməlidir və bu məsələdə ümumi daxili məhsulu (ÜDM) 5 dəfə yüksək olan Azərbaycanla rəqabət aparmalıdır.

Ermənistanın indiki rəhbərliyi sülhə hazır deyil və sadəcə vaxt uzatmaqla məşğuldur. Bu isə problemi daha da dərinləşdirir. Bu illər ərzində Azərbaycanla sülhə ən yaxın Ermənistan prezidenti Levon Ter-Petrosyan olmuşdu. Lakin indiki hakimiyyət, yəni Qarabağ klanı məhz bu məsələyə görə Ter-Petrosyanı hakimiyyətdən salmışdı.

Aprelin 2-dən Ermənistan parlament üsul-idarəsinə keçir və Levon Ter-Petrosyanın bu sistemdə də uğur qazanması mümkünsüz görünür. Qarabağ klanı yerli ermənilərdən cib müxalifəti yaradaraq öz hakimiyyətini sonsuza qədər uzatmaq istiəyir. Belə görünür ki, klanın növbəti cib müxalifətinə oliqarx Qaqik Sarukyan rəhbərlik edəcək. “Jamanak” qəzetinin yazdığına görə, bu günlərdə Levon Ter-Petrosyan yaxın adamlarının vasitəsi ilə Qaqik Sarukyanla görüşmək istəyib, amma o, görüşdən imtina edib. Yerli ermənilərin digər nümayəndəsinin – keçmiş baş nazir Ovik Abramyanın da Sarkisyanın cib müxalifətinə qoşulacağı gözlənilir. Bu günlərdə o da hakim Respublika Partiyasını tərk edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here