Ermənistan mətbuatı Vaqif Cavadovdan yazdı

16 Yanvar, 18:56

Ermənistan mətbuatı millimizin sabiq üzvü Vaqif Cavadovdan yazıb.


VOİCEPRESS
“qafqazinfo”-ya istinadən xəbər verir ki, “golosarmeni.am” saytında “Sumqayıt”dan ayrılan futbolçumuzun Rusiyanın “Anji” klubundan gələn təklifə rədd cavabı verdiyi qeyd olunub. Cavadovun “Anji”dən imtina etməsinə komandanın baş məşqçisinin ermənistanlı Aleksandr Qriqoryan olması səbəb göstərilib.

Mənbə xəbərdə “Futbol+” qəzetinin məlumatından istifadə edib. Cavadov bir müddət öncə qəzetə verdiyi açıqlamada “Anji”dən gələn təklifi rədd etdiyini demişdi. O bildirmişdi ki, Mahaçqala klubundan kifayət qədər ciddi təklif alıb. Ancaq komandanın baş məşqçisi erməni olduğu üçün təklifi dəyərləndirməkdən imtina edib. Qeyd edək ki, bu xəbər erməni saytında günün ən çox oxunan xəbərlərindən biri olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here