Ermənilər növbəti dəfə cəbhədə təxribat törətdilər

17 Yanvar, 11:22

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini “Şmel” reaktiv odsaçandan atəşə tutub.

Hərbi qulluqçularımız arasında itki yoxdur.
Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here