Erməni silahlılarından növbəti təxribat

0
314597

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, işğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here