Erməni qocalar döyüşə hazırlaşır

18 Yanvar, 18:50

Ermənistanın siyasi həyatını tərk etmiş üç keçmiş nazir aprel ayında keçiriləcək parlament seçkilərinə qatılacaq.

VOİCEPRESS-in istipress-ə istinadən məlumatına görə, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və keçmiş xarici işlər naziri Raffi Ovanisyan arasında vahid blokda birləşmək barədə danışıqlar gedir.

Ermən mətbuatı Seyran Ohanyanın bu yaxınlarda yaradılmış Üçüncü Respublika Partiyasının lideri ola biləcəyi vurğulanır. Maraqlıdır ki, partiyanı prezident Serj Sarkisyanın parlamentdəki nümayəndəsi Viktor Dallakyan yaradıb. Məhz məsələnin bu tərəfi erməni ekspertlərini bu birliyə şübhə ilə yanaşmağa məcbur edir. Məsələ bundadır ki, 2003-cü ildə də o, hakim Respublika Partiyasını tərk edərək Stepan Dəmirçyanın rəhbərlik etdiyi müxalifətə qoşulmuşdu. Mitinqlərdə o, qəzəblə rejimə qarşı çıxışlar edib. Bir neçə ildən sonra Viktor Dallakyanın müxalifətə ezamiyyəti başa çatdı və o, yenidən hakim partiyanın sıralarına qayıtdı.
Buna görə, erməni jurnalistlər bu partiyanı Serj Sarkisyanın cib müxalifəti sayırlar. Bu məsələdə xüsusilə Seyran Ohanyanın şəxsiyyəti şübhə doğurur. Mətbuat bu barədə yazır: “O vaxt silahlı qüvvələrin rəisi vəzifəsini tutmuş Ohanyanın adı onunla bağlıdır ki, Koçaryanın əmri ilə ordunu dinc vətəndaşların üstünə qaldırdı”.

Bu sətirlərin müəllifi jurnalist Susanna Petrosyan öz məqaləsində 2008-ci il martın 1-də baş nazir Serj Sarkisyanın seçki saxtakarlığı yolu ilə prezident seçilməsinə etiraz edən dinc vətəndaşların güllələnməsindən bəhs edir. Onda Ermənistan ordusu 8 nəfər dinc sakini güllələmişdi. Həmin gün Ermənistanın yerli əhalisi hakimiyyəti zorla ələ keçirmiş Qarabağ klanından xilasın qeyri-mümkünlüyünü başa düşdü və bununla da Ermənistandan böyük köç başlandı.

Vardan Oskanyan da həmin gün erməni xalqına düşmən mövqe tutmuşdu. Xarici işlər naziri kimi o, həmin günlərdə xarici diplomatlara və jürnalistlərə söyləyib ki, nümayişçiləri silahlı olub. Buna görə ordu xalqa qarşı silah işlətməli olub. Yəni Vardan Oskanyan Seyran Ohanyandan heç nə ilə seçilməyib.

Göründüyü kimi, Ermənistanda hakimiyyəti ələ keçirmiş Qarabağ klanı istənilən vəziyyətdən çıxmağa çalışır və Serj Sarkisyan parlamentli respublikaya keçməklə baş nazir kimi ömürlük hakimiyyətini təmin etməyə çalışır. Keçmiş müdafiə naziri Seyran Ohanyan sadəcə ona əlaltılıq edir. Vəssalam…

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here