Ərdoğanın keçmiş yavəri də həbs edildi

17 Yanvar, 18:48

Rəcəb Tayyib Ərdoğanın prezidentliyinin ilk dönəmlərində yanında yavər olaraq çalışan polkovnik Furqan Özdaban FETÖ istintaqı çərçivəsində nəzarətə alınıb.

VOİCEPRESS sözcü-yə istinadən qeyd edir ki, 2014-ci ildə, prezident Ərdoğanın baş yavərliyini də edən polkovnik Furqan Özdaban daha sonra KKTC-də Türk Barış Qüvvələri Komandanlığına alay komandiri təyin edilmişdi. Aralarında Furqan Özdabanın da olduğu 9 polkovnik FETÖ çərçivəsində Kiprdə nəzarətə alınaraq ötən gecə Ankaraya gətiriliblər.

Xatırladaq ki, 15 iyul sonrası Ərdoğanın baş yavər və yavəri nəzarətə alınmışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here