Türkiyə qoşunlarının Kiprdən çıxarılması müzakirə olunmur.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı Türkiyə qoşunlarının Kiprdən çıxarılmasının əleyhinə olduğunu bildirib:
“Şimali Kipr danışıqlarda səmimi mövqe nümayiş etdirir. Yunanıstan zamin ölkə qismində Türkiyə olmadan adanın probleminin həllini gözləməməlidir. Türkiyə Kiprdə qalacaq. Hətta Türkiyə hərbçilərinin Kipri tərk etməsindən söhbət gedə bilməz”.
VOİCEPRESS.AZ