Ekspert: “Ermənistan parlament seçkilərinədək Qarabağ məsələsində ciddi addım atmayacaq”

10 Yanvar, 17:48

Bir çoxlarının 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsində ciddi irəliləyişlərin olacağına ümidləri var, amma hələlik münaqişə ətrafındakı vəziyyətin yaxşılaşmasının əlamətləri nəzərə çarpmır.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Trend-ə siyasi ekspert, Rusiya Qloballaşma və sosial hərəkatlar İnstitutunun beynəlxalq siyasətin təhlili mərkəzinin rəhbəri Mixail Neyjmakov deyib.

Onun sözlərinə görə, Ermənistan parlament seçkilərinədək və dövlət orqanlarında bütün dəyişikliklərin yerinə yetirilməsinədək bu məsələdə heç bir ciddi addım atmayacaq.

Ekspert qeyd edib ki, parlament seçkiləri keçirilənədək Qarabağda münaqişənin eskalasiya təhlükəsi Yerevan üçün daha həssas nəticələrə səbəb ola bilər.

M.Neyjmakov bildirib ki, 2017-ci ildə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın regiona maraq göstərmək, Bakı və Yerevana səfər etmək, hətta öz bəyanatlarında Qarabağ məsələsinə toxunmaq ehtimalları böyükdür.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here