Dünyanın sonunun yeni tarixi açıqlandı.
VOİCEPRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bəşəriyyətin bir xilas yolu var – yaşamaq üçün yeni planet tapmaq.
Yer sakinləri üçün əsas təhlükə mənbəyi Nibiru adlı planetdir. Bu planet haqqında daha öncə də danışılıb. Belə ki, ilk olaraq bu planetlə toqquşmanın 2012-ci ildə olacağı proqnozlaşdırılırdı. Nibiru haqqında da məlumat məhz o zaman bəlli olmuşdu. Amma 5 il öncə apokalipsis haqqında proqnozlar reallaşmadı. Amma indi alimlər düşünürlər ki, proqnozlar daha ciddidir və toqquşmadan qaçış mümkün deyil.
Elm adamları düşünürlər ki, Nibiru günəşin üzərini tuta bilər və nəticədə yeri 180 dərəcə dəyişəcək. Ölüm gətirən planetin yaxınlaşmasına sübut kimi isə artan təbii fəlakətləri göstərirlər.
NASA isə öz növbəsində sirli planetin mövcudluğunu təkzib edirlər. Belə ki, bu zaman kimi onu heç bir peyk tuta bilməyib.
Maraqlıdır ki, amerikalı mütəxəssislərin bu proqnozuna inanaların sayı da kifayət qədər çoxdur.
VOİCEPRESS.AZ