Dünya çempionu məsciddə namaz qıldı

18 Yanvar, 18:47

Ağır çəkidə boks üzrə dünya çempionu Antonyo Coşuanın Dubaya səyahəti zamanı dostları ilə məscidə gedib namaz qılması, ictimai mediadakı İslam əleyhdarlarını ayağa qaldırıb.

VOİCEPRESS-in “Milliyət”ə istinadən verdiyi xəbərə görə, Britaniyalı boksçu, məscidin içərisində çəkilmiş fotoşəkilini “İkindi namazında qardaşımı müşayiət etmək çox xoş idi” sözləri ilə paylaşıb.

Bu sözlər və fotoşəkil Coşuanın müsəlman olmayan bəzi irqçi və İslam əleyhdarı pərəstişkarlarını dəliyə döndərib.

27 yaşlı boksçuya təhqir dolu tvitlər atan istifadəçilərdən biri, Terry Conson daha irəli gedərək İngiltərə Baş naziri Tereza Meyə müraciət ünvanlayıb. O, boksçunun deportasiyasını tələb edib: “Ölkəmi dərhal tərk et, Xanım Mey bunu deportasiya edin”.

Coşuanın hərəkətinə əsəbləşən pərəstişkarlarından bəziləri onu artıq “Tvitter”də izləməyəcəklərini yazıb. Bəziləri isə boksçunun əslində uzun müddətdir müsəlman olduğunu, lakin bunu gizlədiyini deyib.

Bir çox “Tvitter” istifadəçisi isə, aprelin 29-da ukraynalı boksçu Klitçko ilə rinqə çıxacaq Coşuaya qarşı, rəqibini dəstəkləyəcəyini bildirib.

Bundan əvvəl, Antonyo Coşua, hər hansı bir dinə sitayiş etmədiyini, amma inanclara maraq göstərdiyini açıqlamışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here