Beynəlxalq Futbol Federasiyası (FIFA) Dünya Çempionatının finalında çıxış edəcək millilərin sayını 32-dən 48-ə qaldırıb.
VOİCEPRESS lenta.ru-ya istinadən xəbər verir ki, dünyanın ali futbol qrumu yeni formatın ilk dəfə 2026-cı ildə təşkil olunacaq Dünya Çempionatında nəzərdə tutulduğunu bəyan edib.
Hər qrupda 3 komanda olmaqla 16 qrupa bölünəcək. Ən yaxşı iki komanda isə play-offa gedəcək.
Qeyd edək ki, 2026-cı ildə Dünya Çempionatının təşkil ediləcəyi ölkənin adı hələlik məlum deyil.
Ev sahibliyinə namizəd ölkələr:
Hindistan
Çin
Ekvador
Boliviya
Peru və Paraqvay (birgə)
Kanada
Yeni Zelandiya
Təhməz Təkin
VOİCEPRESS.AZ