Kot-d`İvuar millisinin sabiq hücumçusu Didye Droqba futbolçu karyerasını Braziliyada davam etdirəcək.
VOİCEPRESS qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu “Korintians” klubu ilə razılığa gəlib. O, Braziliya təmsilçisi ilə 1 illik müqavilə imzalayacaq. D.Droqba yeni klubunda ayına 150 min avro qazanacaq.
Qeyd edək ki, D.Droqba ötən ilin dekabrında “Monreal İmpakt”dan ayrılıb.
VOİCEPRESS.AZ