Donald Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb

16 Yanvar, 08:35

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb.

VOİCEPRESS-in xəbərinə görə, D.Tramp bu barədə Almaniyanın “Bild” və Böyük Britaniyanın “Times” qəzetlərinə verdiyi müsahibədə deyib.

“Dəfələrlə demişəm, NATO-da problemlər mövcuddur. NATO köhnəlmiş təşkilatdır. Eyni zamanda Alyansa üzv olan ölkələrin əksəriyyəti hərbi xərclərini artırmayaraq bütün yükü Amerikanın üzərinə qoyur”, deyə D.Tramp bildirib.

O, həmçinin Rusiya və ABŞ arasında nüvə silahlarının azaldılması üzrə yeni müqavilənin imzalanmasının tərəfdarı olduğunu, bunun müqabilində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here