Bakıda qeyri-adi hadisə yaşanıb. 39 yaşlı qadın 9 ay boyunca hamiləliyindən xəbərsiz olub.
Tənginəfəs olduğu üçün həkimə getdi, qucağında uşaqla qayıtdı. Nailə Ramazanova hamilə olduğunu 9 ay sonra bilib. Nəfəs darlığı şikayəti ilə həkimə müraciət etdikdə əsl səbəb ortaya çıxıb və xəstə dərhal keysəriyyə əməliyyatına alınıb. Sürpriz uşaq bütün ailənin sevincinə səbəb olub.
VOİCEPRESS xezerxeber.az-a istinadən bildirir ki, xəstəni əməliyyat edən Natiq Məhərrəmov qeyd edir ki, qadın 9 ay boyunca həkim müayinəsindən keçməsə də bu, hamiləliyin gedişatına mənfi təsir etməyib.
Ana 2 səbəbdən hamiləliyindən bixəbər olub. Belə ki, Nailə xanım daha əvvəl ginekoloji problem yaşadığından problemin davam etdiyini düşünüb. Eyni zamanda çəkisi onun hamiləliyini gizlədib.
9 ay müddətində varlığından heç kəsin xəbəri olmasa da hazırda ananın da körpənin də vəziyyəti yaxşıdır.
VOİCEPRESS.AZ