“Dəyanətin intiharı bizi buna sövq edir” – Deputat

26 Yanvar, 17:16

Mən Dəyanət Rzayevlə şəxsən tanış olmasam da, onu televiziyada çıxış etdiyi verilişlər vasitəsi ilə tanıyırdım, çox səmimi, mehriban, həyat dolu insan kimi bilirdim.

VOİCEPRESS xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə tanınmış psixoloq Dəyanət Rzayevin intihar etməsi haqda axar.az-a danışarkən deyib. O, bu ölümün onu çox təəssüfləndirdiyini bildirib:

“Onun ölüm xəbərini eşidəndə çox pis oldum. Görünür, cəmiyyətin problemlərini həll edən insanların da şəxsi problemləri olur. Amma Dəyanət intihar edərək, öz problemini həll etdiyini düşünsə də, əslində, geridə daha böyük problemlər qoyub getdi. İndi onun anası nə edəcək, bu dərdə necə dözəcək? Bəs övladları? Ümumiyyətlə, intihar edənlər başa düşməlidirlər ki, onlar bu intiharları ilə ailələrinə sağalmaz yara vururlar. Bu hadisə bizi bir-birimizə qarşı daha diqqətli olmağa, daha xoş davranmağa, mümkün olarsa, çətinlikdə olan insanlara maddi yardım göstərməyə sövq etməlidir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here