Sağlam və pis qidalanma bütün bədənə mənfi təsir göstərdiyi kimi dərinin də sürətlə qocalmasına səbəb olur.
VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, süfrənizdə lifli qidaların çoxluğuna diqqət yetirin. Şəkər və duzu mütləq azaldın. Tez-tez tərəvəz və meyvə istehlak edin. A, E və C vitaminlərinə tez-tez üstünlük verin.
E vitamini hüceyrə yeniləyicidir və hüceyrələrin daha çox yaşamasını təmin edir. Bundan əlavə, bədəndəki oksigenin ən yaxşı şəkildə istifadə edilməsini təmin edir. E vitamini qoz, fındıq, soya, ət, balıq, yaşıl yarpaqlı tərəvəzlərdən ispanaq, alma, yumurta və taxıllarda mövcuddur. C vitamini də qocalmağa qarşı mübarizə aparır və qırışların yaranmasını azaldır və ən çox yaşıl bibər, narıncı qidalar, çiyələk, pomidor, kivi və cəfəridə olur.
Kartof, göbələk, yumurta, balıq, sarımsaq və ətdə olan selen də hüceyrələri qoruyur və güclü antioksidantdır.
VOİCEPRESS.AZ