Danimarkada gənc qız “rollercoaster”ə minə bilməmək həyatını dəyişdi

0
313696

Danimarkada gənc qız “rollercoaster”ə (attraksion) minmək istədiyi vaxt köklüyü səbəbiylə ora buraxılmayınca arıqlamağa qərar verir.

VOİCEPRESS milliyet-ə istinadən xəbər verir ki, çay qaşığı ilə yemək yeyərək təxminən 60 kilo “atan” və indi manikenlik edən Mathilde Broberqi görənlər tanıya bilmirlər.

O, arıqlamaq üçün şokolad, şəkər, keks, çipsi, makaron və çörəyi menyusundan tamamilə çıxarıb.

İdmana başladı və çörəki atdıqdan sonra sallanan dəriləri üçün əməliyyat keçirdi. Təxminən 1 il içində ciddi mənada kilo verməyə başladı və dörd il sonra tam fərqli bir insana çevrildi.

Zəifləmək üçün çay qaşığıyla yemək yeməyə başladığını vurğulayan 21 yaşlı Broberq “Çay kaşığıyla yemək yeyərək bir cür beynimi aldadıram” deyib.

Mathilde Broberq artıq idman geyim firmaları üçün modellik edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here