Azərbaycan İnternet Cəmiyyəti (AİC) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ödənişsiz internet təmin etməyə hazırdır.
VOİCEPRESS xəbər verir ki, bunu trend-ə AİC rəhbəri Qalib Qurbanov deyib.
Onun sözlərinə görə, bunun üçün “Aztelekom” üçün kəndin telefon stansiyasına optik kabel çəkmək kifayətdir.
Q.Qurbanov bildirib ki, bundan sonra provayderlər birgə səylərlə bütün kənd ərazisini ödənişsiz Wi-Fi ilə təmin edə bilər.
VOİCEPRESS.AZ