Xanhüseyn Kazımlı: “Cocuq Mərcanlının işğaldan azad edilməsi böyük uğurdur”

28 Yanvar, 12:32

“Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamasının mümkün olması, işğal altında olan digər torpaqlarımızın bir qarşını belə tapdaq altında qoymayacağımıza dəlalət edir”
“Cocuq Mərcanlı kəndinin abadlaşdırılması və sakinlərin kömürülməsi işinə start verilməsi çox sevindirici haldır”.

Bunu VOİCEPRESS-ə açıqlamasında ASRP sədri, millət vəkili, mütəmadi cəbhə xəttində əsgərlərə dəstək olan Xanhüseyn Kazımlı deyib. Onun sözlrəinə görə, Cocuq Mərcanlının işğaldan azad edilməsi böyük uğurdur: “İşğala qədər Cocuq Mərcanlıda 283 ev təsərrüfatı uçot dəftərində qeydiyyatda olub. Həmin vaxt kənddə əhalinin sayı 1075 nəfər idisə, 2016-cı ilin yanvar ayının 1-ə olan rəsmi məlumata görə, Cocuq Mərcanlıda ev təsərrüfatının, yəni ailələrin sayı 283-dən 395-ə çatıb. Hazırda Çocuq Mərcanlı kəndinin əhalisinin sayı uçot kitabında 1428 nəfərdir. Cocuq Mərcanlı kəndinin ərazisi 1605 hektardır. Onun 726 hektarında kənd, evlər yerləşir. Hələ ötən il Cocuq Mərcanlıda qeydiyyatda olan sakinlərdən 190 ailə başçısı kəndə qayıtmaq üçün icra nümayəndəliyinə müraciət etmişdi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin yanvarın 24-də “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalaması isə böyük siyasətin uğurlu davamiyyətinin subutu oldu. Ötən ilin aprel ayında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamasının mümkün olması, işğal altında olan digər torpaqlarımızın bir qarşını belə tapdaq altında qoymayacağımıza dəlalət edir . Bu gün tarixən Cocuq Mərcanlı kəndində yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaradılıb. Mən tez-tez cəbhə bölgəsində olan millətimin vəkili kimi deyə bilərəm ki, bu gün həmin kəndin sakinlərinin sevincinin həddi hüdudu yoxdur. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb”.


Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here