Çexiyada qrip epidemiyası rəsmən elan olundu

7 Yanvar, 19:39

Yanvarın 6-dən Çexiya Respublikasında artıq bir neçə adamın ölümünə səbəb olan qrip epidemiyasının kütləvi yayıldığı rəsmən elan edilib.

VOİCEPRESS xəbər verir ki, bu barədə rəsmi açıqlama Çexiya Respublikası Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.
“Aktual məlumatlara əsasən, biz təsdiq edə bilərik ki, Çexiya Respublikasının bütün ərazisində A/h3n2 tipli qrip epidemiyası elan olunub”, – Çexiyanın baş sanitar həkim Eva Qottvaldova bildirib.
Bu gün Çexiyada hər 100 000 sakinə qrip epidemiyasına yoluxmuş təxminən 1500-1600 nəfər düşür.

Çexiya Səhiyyə Nazirliyi insanların sıx toplaşdığı yerlərdən uzaq gəzməyə, gigiyenik nəzarəti gücləndirməyə çağırıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here