Çavuşoğlu Trampa səsləndi: “Güləni bizə verin”

9 Yanvar, 15:46

Rəsmi Ankara ümid edir ki, ABŞ-ın yeni administrasiyası Türkiyə ilə münasibətlərdə bundan əvvəlki səhvlərə yol verməyəcək.

VOİCEPRESS-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu IX Səfirlər konqresinin iclasında deyib.

Nazir qeyd edib ki, Türkiyə ABŞ siyasətinin iki məsələdə dəyişəcəyinə ümid edir:

“Onlardan birincisi, Fəthullah Gülənin və tərəfdarlarının Türkiyəyə ekstradisiyasıdır. İkincisi isə ABŞ-ın terrorçu PKK təşkilatının tərkib hissəsi olan “Kürd xalq özünümüdafiə bölmələri” (YPG) qruplaşması ilə əməkdaşlığının dayandırılmasını nəzərdə tutur”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here