Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Erlan Abdıldayevlə telefon danışığı zamanı Bişkek yaxınlığında yük təyyarəsinin qəzaya uğraması ilə bağlı istənilən yardıma hazır olduqlarını bildirib.
VOİCEPRESS xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə XİN-dəki mənbə bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin “MyCARGO Airlines” şirkətinə məxsus “Boeing 747-400” yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.
VOİCEPRESS.AZ