Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 1-də vəzifəsinin icrasına rəsmən başlayan Birləşmiş Millətlər Təşkilatıının (BMT) baş katibi Antoniu Quterriş ilə görüşmək üçün yanvarın 5-də ABŞ-a səfər edəcək.
VOİCEPRESS trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin yazılı açıqlamasında deyilir.
Qeyd edilir ki, səfər çərçivəsində regional və beynəlxalq məsələrin müzakirəsi nəzərdə tutulur.
VOİCEPRESS.AZ