Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda dəyişikliklər edilib.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, Qaydaların 65.3-cü bəndinin ikinci cümləsində “Şikayətin” sözü “Bu Qaydaların 65.4-cü bəndinə əsasən tənbeh tədbirinin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin” sözləri ilə əvəz edilib.
Həmçinin aşağıdakı məzmunda 65.4-cü bənd əlavə edilib:
“65.4. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.”.
VOİCEPRESS.AZ