Bu gün Beynəlxalq İnternetsiz gün qeyd olunur

29 Yanvar, 12:28

Ənənəvi olaraq yanvar ayının son bazar günü bütün dünyada İnternetsiz gün qeyd edilir.

VOİCEPRESS-in “calend.ru”saytına istinadən məlumatına görə, bu gün 2000-ci ildən rəsmiləşib.

Onun keçirilməsi təşəbbüsü ilə bağlı fikirlər fərqlidir. Bəzi mənbələr bu günün Britaniya Sosial İxtiralar İnstitutu, digər mənbələr isə Britaniyanın “DoBe.org” qeyri-kommersiya təşkilatının təşəbbüsü olduğunu vurğulayırlar.

Beynəlxalq Elektrorabitə İttifaqının son məlumatına görə, hazırda internet istifadəçilərinin sayı 3,5 milyard nəfər təşkil edir. Buna əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, müasir dünyada internet hər kəsin həyatında mühüm yer tutmaqdadır.

Bu tədbirin keçirilməsinin əsas məqsədi bir sutkalıq da olsa, insanların diqqətini ümumdünya şəbəkəsindən yayındırmaq və onların bircə gününü elektron cihazlardan uzaq keçirməsidir. Rusiyanın bir çox sakinləri bu təşəbbüsü dəstəkləyib. Son illər məhz bu gün internetlə bağlı olmayan mədəni tədbirlərin keçirilməsinə başlanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here