Bu dəfə Trampın sözü Madonna ilə çəp gəldi

30 Yanvar, 08:41

Bu dəfə ABŞ Prezidenti Donald Trampın sözü məşhur pop ifaçısı Madonna ilə çəp gəlib, Ağ Evin rəhbəri tanınmış ulduzu iyrənc adlandırıb.



VOİCEPRESS xarici KİV-ə istinadən bildirir ki, daha öncə 58 yaşlı muğənni ABŞ paytaxtı Vaşinqtonda dövlət başçısına qarşı beynəlxalq feminist və hüquq müdafiəçiləri tərəfindən təşkil olunmuş “Qadınlar Yürüşü” adlı etiraz aksiyasında iştirak edərək, qeyri-etik ifadələrdən istifadə edib, o yeni seçilmiş respublikaçını kobud şəkildə tənqid edib. Madonna Donald Trampın prezident seçilməsindən son dərəcə narazı olduğunu bildirib.

Tramp bu hadisəyə münasibət bildirərək, Madonnanın iyrənc olduğunu deyib, onun sözlərinə görə, ifaçı bu hərəkəti ilə özünə, eləcə də yürüşün əsas ideyasına ziyan gətirib.

Yürüşü canlı yayımlayan CNN telekanalı isə yayımı kəsərək, məşhurun çıxışını dayandırıb və Madonnanın ifadələrinə görə, izləyicilərindən üzr istəyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here