Azərbaycanın “Xaliq Faiqoğlu” nəqliyyat şirkəti Bakıda 6 marşrut üzrə sərnişindaşımanı həyata keçirən avtobuslarda müşahidə kameralarının quraşdırılmasını başa çatdırıb.
VOİCEPRESS xəbər verir ki, bu barədə trend-ə şirkətdən məlumat veriblər.
Bildirilib ki, müşahidə kameraları “BakıKart” kartlarından istifadə etməklə nağdsız ödəniş sisteminin tətbiq olunduğu 130 avtobusda – 61, 65, 85, 79, 96 və 18 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslarda quraşdırılıb.
Kameralar bundan əvvəl hüquq-mühafizə orqanlarından şirkətə daxil olmuş müraciətə uyğun olaraq quraşdırılıb. Burada mqəsəd vətəndaşların təhlükəsizliyini təmin etməkdir.
Şirkətdən digər avtobuslarda da nağdsız ödəniş sisteminin tətbiq olunacağını istisna etməyiblər.
Qeyd edək ki, 300 avtobusdan çox nəqliyyat parkına malik “Xaliq Faiqoğlu” şirkəti Bakıda 13 marşrut üzrə sərnişindaşıma xidməti göstərir.

VOİCEPRESS.AZ