Braziliyanın şimalında növbəti həbsxana qiyamı baş verib.
VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, Riu-Qrandi ştatında yerləşən həbsxanada baş verən qiyam nəticəsində azı 30 nəfər ölüb.
İnsidentin səbəbi hələ ki, məlum deyil. Ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, son iki həftə ərzində Braziliyada baş verən üç həbsxana qiyamı 100-dək insanın həyatına son qoyub.
VOİCEPRESS.AZ