“Tənzimləyicilər tələb edərsə, BP Vyana sazişinə qoşulan bütün ölkələrdə neft hasilatını azaltmağı hazırdır”.
VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bunu BP-in baş icraçı direktoru Robert Dadli bildirib.
Onun sözlərinə görə, şirkət müstəqil olaraq bu cür qərarları vermir: “Bu cür məsələlər ölkələrin tənzimləyicilərinin nəzarətindədir. Rəsmi Əbu-Dabinin açıqlamasına əsasən deyə bilərik ki, bu qərar Səudiyyə Ərəbistanındakı hasilatımıza təsir olacaq. Bununla yanaşı, Azərbaycan da bəyan edib ki, hasilatı azaldacaq. Biz şirkət olaraq bu cür qərarları vermirik. Bu, tənzimləyicinin tələbindən asılı olan qərardır”.
Xatırladaq ki, ötən ilin noyabr ayının 30-da Avstriyanın paytaxtı Vyanada OPEC üzvləri və kartelə daxil olmayan bəzi ölkələr sutkalıq hasilatın 1,2 mln. barel azaldılmasına dair razılaşma əldə edib. Razılaşmaya əsasən, sutkalıq hasilat 32,5 mln. barelə enəcək.
Ötən gün energetika naziri Natiq Əliyev bildirib ki, cari ilin yanvarın 1-dən Azərbaycanda sutkalıq neft hasilatı 35 min barel azaldılıb: “Azərbaycan OPEC üzvlərinin və kartelə daxil olmayan ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir. Bu razılaşmaya əsasən, yanvarın 1-dən 20-dək Azərbaycanda sutkalıq neft hasilatı 789 min barel təşkil edib”.
VOİCEPRESS.AZ