Böyük Britaniya kraliçası II Yelizaveta Bukingem sarayında ölümlə üz-üzə qalıb.
Bu barədə VOİCEPRESS RİA Novosti-yə istinadən məlumat verir.
“Independent” qəzetində yer alan məlumata görə, yuxusuzluqdan əziyyət çəkən kraliça sarayın həyətində gəzərkən ərazinin təhlükəsizliyinə cavabdeh olan mühafizəçilərdən biri silahı ona tərəf tuşlayıb və kim olduğunu soruşub. Kraliça kim olduğunu bildirdikdən sonra mühafizəçi “az qala onu vuracağını” deyib.
Bu hadisəni qəzetə keçmiş qarovul rəsmisi danışıb.
Hadisənin nə vaxt baş verməsi barədə məlumat verilməyib.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ