“Microsoft”un sahibinin kapitalı hazırda 84,4 milyard dollardır
Yoxsulluqla mübarizə Beynəlxalq Assosiasiyası olan “Oksfam”ın ekspertləri hesab edir ki, “Microsoft”un yaradıcısı Bill Qeyts dünyada ilk trillioner ola bilər.
VOİCEPRESS-in “RT”yə istinadən verdiyi xəbərə görə, son on ildə zənginlərin əmlakı artan xətt üzrə inkişaf edib. Əgər, 2009-cu ildə dünyada ümumi kapitalı 2,4 trilyon dollar olan 793 milyarder var idisə, 2016-cı ildə onların mal varlığı artıq 5 trilyona çatmışdı. Beləliklə, illik artım 11 faizə bərabər olub.
Nəzərə alsaq ki, “Forbs”a görə, 2016-cı ildə Bill Qeyts 84,4 milyard dollarla dünyanın ən zənginləri siyahısında birincidir, analitiklər hesab edir ki, bu gedişlə 25 ildən sonra 86 yaşı olacaq “Microsoft”un sahibi dünyanın ilk trillioneri ola bilər.
“Oksfam” həm də dünyanın zənginləri ilə kasıbları arasında kəskin uçurumun olduğunu da müəyyən edib. Onların araşdırmasına görə, dünyanın 8 zəngin insanının kapitalı, bütün kasıbların yarısının əmlakına bərabərdir, yəni, 3,6 milyard dollar.
VOİCEPRESS.AZ